Qəzzada Əl-Əhli xəstəxanasında baş verən partlayışla əlaqədar olaraq Misirdə matəm elan edilib.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi qərar verib.
Bildirilir ki, xəstəxanada ilə bağlı insident, eləcə də Qəzza zolağının atəşə tutulması nəticəsində dünyasını dəyişənlərin xatirəsini yad etmək üçün Misirdə 3 günlük matəm elan olunub.
Xatırladaq ki, oktyabrın 17-si axşam saatlarında Qəzzada yerləşən xəstəxanaya raket zərbəsi endirilib. İlkin məlumatda 500 nəfərin öldüyü bildirilsə də, Fələstinin Səhiyyə Nazirliyi 471 nəfərin həlak olduğunu yazıb. İsrail ordusu hadisə ilə bağlı apardığı araşdırmanın nəticəsini açıqlayıb və insidentin “İslami cihad” qruplaşması tərəfindən uğursuz raket buraxılışı nəticəsində baş verdiyini deyib. İnsidentlə bağlı Fələstində 3 günlük matəm elan edilib. Bununla yanaşı, Suriya, İran, İraq və Livanda da matəm elan edilib.