“Qəzzada 4-5 günlük yemək qalıb” - BMT-dən açıqlama

17:41 - 18 Oktyabr 2023

“Qəzzada 4-5 günlük yemək qalıb” - BMT-dən açıqlama

İşğal altındakı Qəzzada sadəcə 4-5 gün ərzində istifadə olunacaq qədər ərzaq qalıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə bu barədə Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı (WFP) tərəfindən məlumat verilib.

Açıqlamada bombardman altında olan Qəzza zolağında topdansatış anbarlarındakı ərzaq ehtiyatlarının sürətlə azaldığı, bazar və dükanlarda vəziyyətin daha da pis olduğu qeyd edilib.

Qəzza zolağında 5 un dəyirmanından yalnız biri, 23 çörək zavodundan isə yalnız beşi fəaliyyətdədir.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az