HƏMAS-ın girov götürdüyü israilli qız haqda yeni xəbər - VİDEO

22:18 - 18 Oktyabr 2023

HƏMAS-ın girov götürdüyü israilli qız haqda yeni xəbər - VİDEO

İsraildə HƏMAS-ın qaçırdığı qızın kirayədə qaldığı mənzillə bağlı qalmaqal yaranıb.

 

Manset.az xəbər verir ki, terrorçuların girov götürdüyü gənc qız İnbar Hayman rəfiqəsilə birgə kirayədə qalırmış. Hər ay ev sahibinə 2,5 min pul ödəyirlər.

Ev sahibi vaxtı çatanda onun rəfiqəsindən pul tələb edərkən İnbarın da pulunu istəyib. Qızın rəfiqəsi öz pulunu verib.

İkinci kirayəçinin HƏMAS tərəfindən əsir götürüldüyünü bildirib və İnbar azad olduqda öz pulunu ödəyəcəyini deyib.

SOnradan kirayə qaldıqları ev sahibi ilə yazışmaları sosial şəbəkələrdə yayıb. Bu hadisə izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Ev sahibi qınaq obyektinə çevrilib.

Xatırladaq ki, silahlılar oktyabrın 7-də yerli sakin İnbar Haymanı musiqi festivalından oğurlayıblar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az