ABŞ çağırışa veto qoydu

15:17 - 19 Oktyabr 2023

ABŞ çağırışa veto qoydu

ABŞ Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında Qəzza zolağına humanitar yardım göstərmək üçün İsrail və HƏMAS arasında münaqişədə "fasilə" verilməsini tələb edən qətnaməyə veto qoyub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə ABŞ-ın Nyu-York şəhərində BMT Təhlükəsizlik Şurası İsrail və HƏMAS arasındakı münaqişələrlə bağlı iclas keçirib.

Birləşmiş Ştatlar iclasda Qəzza zolağına humanitar yardım göstərmək üçün İsrail və HƏMAS arasında münaqişədə "fasilə" verilməsini tələb edən qətnamə layihəsinə veto qoyub. Braziliyanın hazırladığı qətnamə layihəsini 12 üzv dəstəkləyib, Rusiya və Böyük Britaniya isə bitərəf qalıb.

Qətnamə layihəsində İsraildən Qəzzada mülki şəxslər və BMT əməkdaşlarının cənuba doğru hərəkət etməsi əmrini ləğv etməyə çağırılıb və HƏMAS-ın hücumları pislənib. Qətnamə layihəsində, həmçinin, mülki şəxslərə qarşı hər cür zorakılıq və düşmənçilik və hər cür terror aktları pislənilib, bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsi tələb olunub.

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az