Tehranın HƏMAS-ı dəstəklədiyinə görə ABŞ Konqresinin həm Demokrat, həm də Respublikaçılar partiyasından olan 110 üzvü prezident Co Baydendən Tehrana qarşı əlavə sanksiyalar tətbiq edilməsini tələb edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə məlumata görə dünən Ağ Evə ünvanlanmış tələb məktubunda bir sıra tədbirlər vasitəsilə İranın Çin və bəzi ölkələrə neft sata bilməsinin qarşısının alınmasının vacibliyi vurğulanıb.
“Tehran İsrailə qarşı HƏMAS-a və digər silahlı qruplaşmalara davamlı maliyyə dəstəyi verdiyinə görə cavabdehlik daşımalıdır”, - deyə, Konqres üzvlərinin məktubunda qeyd edilib.
Əfsanə
Manşet.az