Ermənistan Rusiya telekanallarının bağlanmasını MÜZAKİRƏ EDİR

17:10 - 19 Oktyabr 2023

Ermənistan Rusiya telekanallarının bağlanmasını MÜZAKİRƏ EDİR

Ermənistan hökuməti ölkə ərazisində yayımlanan Rusiya telekanallarının bağlanması məsələsini müzakirə edir.
 

Manset.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə yerli KİV-ə yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryan bildirib.

“Müvafiq addımları nəzərdə tutan razılaşma var, pozuntular olarsa, biz bu addımlardan istifadə edəcəyik”, - Xaçatryan qeyd edib.

O deyib ki, Ermənistanda yayımlanan Rusiya telekanallarının fəaliyyətinə Yüksək Texnologiyalar Sənayesi Nazirliyi nəzarət edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az