İranda İnsan Haqları Təşkilatı xəbər verir ki, İranın Kərəc şəhərindəki Qızılhisar zindanında saxlanılan 10 məhbus edam edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə bu barədə İranda İnsan Haqları Təşkilatı xəbər verib.
Məlumata görə, edam edilən şəxslər narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham ediliblər.
Qeyd edək ki, bir sıra beynəlxalq təşkilatların hesabatına görə, İran, adambaşına düşən vətəndaşların edam nisbətinə görə dünyada birinci yerdədir.
Əfsanə
Manşet.az