Yaponiyanın müdafiə naziri Minoru Kihara və avstraliyalı həmkarı Riçard Marles Yaponiyada görüşüb.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Tokioda keçiriləcək ikitərəfli görüşdən əvvəl açıqlama verən Kihara, ölkəsinin Avstraliya ilə ortaq dəyərləri və strateji hədəfləri paylaşdığını söyləyib.
İkitərəfli əməkdaşlığın bir çox sahədə, o cümlədən birgə təlimlər və texnologiya mübadiləsində inkişaf etdiyini qeyd edən Kihara, "Növbəti məqsədimiz Yaponiya və Avstraliyanın bölgədə yaranan fövqəladə hallara birlikdə hazır olmasını təmin etmək üçün əməkdaşlığımızı inkişaf etdirmək olacaq" deyib.
Həmçinin Avstraliya Müdafiə Nazirliyinin görüşlə bağlı verdiyi açıqlamada Yaponiyanın “vacib olmayan tərəfdaş” olduğu vurğulayıb.
Jalə
Manşet.az