İsrailin Bəhreyndəki səfirliyi yandırıldı

10:00 - 20 Oktyabr 2023

İsrailin Bəhreyndəki səfirliyi yandırıldı

Nümayişçilər İsrailin Bəhreyndəki səfirliyinin binasını yandırıb.

 

Manset.az “Qafqazinfo”ya qəzetinə istinadən xəbər verir ki, oktyabrın 20-nə keçən gecə İsrailin Qəzzaya zərbələr endirməsinə etiraz edən bir qrup nümayişçi paytaxt Manamada əllərində məşəllə İsrailin diplomatik nümayəndəliyinə yaxınlaşıb.

Onlar daha sonradan məşəlləri səfirliyin binasına atıblar. Hadisə zamanı səfirlikdə heç bir əməkdaş olmayıb. 

Qeyd edək ki, İsrail oktyabrın 18-i ölkəyə qarşı etiraz aksiyaları ilə əlaqədar olaraq Misir və Mərakeşdəki diplomatik nümayəndəliklərini təxliyə edib. Oktyabrın 19-u isə İsrail XİN Bəhreyn də daxil olmaqla, Yaxın Şərqdəki diplomatik nümayəndəliklərini təxliyə etmək qərarı verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az