Türkiyənin Sivas şəhərində 14 yaşlı qız polis qruplarının bütün razı salma cəhdlərinə baxmayaraq 100 metr hündürlükdəki qayalardan atılaraq intihar edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisə yerində dünyasını dəyişən uşağın qoluna “Etdiklərimdən peşman deyiləm” cümləsini qeyd etdiyi bildirilib.
Məlum olub ki, 14 yaşlı qız ailə problemləri olduğu üçün bir həftə Qayğı Evində qalıb.
Ürək parçalayan ölümlə bağlı araşdırmalara başlanılıb.
Əfsanə
Manşet.az