"Qalatasaray" Trendyol Superliqasının 9-cu həftəsində sabah saat 19.00-da doğma meydanda "Beşiktaş"la qarşılaşacaq.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, “Qalatasaray” son vaxtlar öz meydanında keçirdiyi “Beşiktaş” derbilərində və son 22 matçda uduzmayıb.
"Qalatasaray" son 7 matçda qalib gəlib və hazırda ən az qol buraxan ikinci komandadır.
Sarı-qırmızılar doğma meydanda qarşılaşacağı "Beşiktaş"ı məğlub edərək məğlubiyyətsizlik seriyasını davam etdirmək istəyir.
Əfsanə
Manşet.az