İstanbula tətilə gələn amerikalı ailənin 9 yaşlı oğlu hamam otağında tutulmuş borunu açmağa gələn texniki personalın otaqda buraxdığı su qabına qoyduğu maddəni içdiyi zaman boğazı yanıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, plastik şüşədəki kimyəvi maddənin su olduğunu düşünərək içən kiçik oğlan xəstəxanaya yerləşdirilib və günlərlə reanimasiyada həyat mübarizəsi aparıb.
Ancaq qida borusunda problem yaranan uşaq artıq yemək yeyə bilmədiyi üçün zərdabla qidalanır.
Hazırda 11 yaşında olan zərərçəkən Nazar Saadoun Hussein bildirib ki, mən də başqa uşaqlar kimi həyatımı yaşamaq, konfet və peçenye yemək istəyirəm.
Hadisədən sonra otel müdiri və santexnika işlərinə cavabdeh olan şəxslər haqqında "ehtiyatsızlıqdan bir insana xəsarət yetirmə" maddəsi ilə 3 aydan 1 ilə qədər həbs cəzası tələbi ilə iddia qaldırılıb.
Dünən baş tutan məhkəmə iclasında müdafiə çıxışı edən təqsirləndirilən otel müdiri Mustafa Yıldırım hadisə zamanı növbətçi müdir işlədiyini bildirib. Həmçinin, ailənin də bu məsələdə günahkar olduğunu qeyd edib.
Təqsirləndirilənlərdən sonra çıxış edən zərərçəkənn uşağın anası Nur Hüseyn Altani işçilərin materialları götürüb-götürmədiyini bilmədiyini deyib:
“Əvvəlcə dodaqları yanmağa başladı. Sonra foyeyə düşdük. Biz qışqırıb təcili yardım istədik. 30-40 dəqiqə gözlədik. Hadisə baş verən gündən çox çətinliklər yaşayırıq. Oğlumuzu itirəcəyimizə dair qeyri-müəyyənlik var. O, hələ də müalicəsini davam etdirir”.
Əfsanə
Manşet.az