"Son bir həftə ərzində Ukrayna ordusuna aid hədəflərə yüksək dəqiqlikli silahlarla hücumu olub".
Manset.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi Konaşenkov Rusiya ordusunun 14-20 oktyabr tarixlərində Ukrayna ordusuna qarşı hücumları ilə bağlı açıqlama verib.
Konaşenkov qeyd edib ki, bu müddət ərzində Rusiya Silahlı Qüvvələri Ukraynanın raket və artilleriya sistemlərinə, yanacaq və neft anbarlarına, silah və hərbi texnika istehsalı sexlərinə, Ukrayna əsgərlərinin və hərbi texnika istehsalı sexlərinə yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatları ilə 4 qrup hücumu həyata keçirib.
Hücumlar nəticəsində pilotsuz qayıqlar üçün anbar, partlayıcı maddələr istehsalı sexləri, operativ-taktiki raketlərin yığılması sexi, Azov millətçi birləşməsinin qoşunları, əcnəbi təlimatçılar və muzdlular məhv edilib.