Almaniyanın müxtəlif şəhərlərində Fələstinlə həmrəylik nümayişləri və yürüşlərdə minlərlə insan iştirak edib.
Manset.az xəbər verir ki, Berlin, Düsseldorf, Köln, Münster və Bielefeld kimi şəhərlərdə keçirilən nümayişlərdə Fələstinə dəstək mesajları verilib.
Paytaxt Berlində "Qlobal zülmə qarşı müstəmləkəçilikdən qurtulun" mövzusu ilə təşkil edilən nümayişdə təxminən 6 min adam Oranienplatzdan Herrmannplatz meydanına qədər gedib.
Polis zaman-zaman yürüşü dayandıraraq şiddət və İsrail əleyhinə bəyanatlar verildiyini əsas gətirərək ərəbcə anonslarla xəbərdarlıqlar edib.
Polis yürüşün dinc başa çatdığını bildirib..