Qəzzada BMT-nin 29 əməkdaşı həlak oldu

22:42 - 22 Oktyabr 2023

Qəzzada BMT-nin 29 əməkdaşı həlak oldu

Qəzza zolağında Birləşmiş Millətlər Təşkilatının (BMT) 29 əməkdaşı həlak olub.

 

Manset.az xəbər verir ki, bu barədə təşkilatın Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) məlumat yayıb.

“Biz şokdayıq və yas içindəyik. Oktyabrın 7-dən Qəzzada 29 həmkarımızın öldürüldüyü təsdiqlənib”, - agentliyin "X" sosial şəbəkə hesabında bildirilib.

Məlumata görə, həlak olanların təxminən yarısı Fələstin məktəblərində müəllim işləyirdi.

Qeyd edək ki, son məlumatlara görə, oktyabrın 7-dən İsraildə 1,4 min, Qəzza zolağında isə ölənlərin sayı 4,3 min nəfərə çatıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az