Türkiyəli məşhur aktyor Engin Altan Düzyatan və həyat yoldaşı Neslişah Alkoçlar Mədinə şəhərində Məscid-i Nəbəvidə namaz qılıblar.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, məşhur cütlük Türkiyə üçün, həmçinin, İsrail-Fələstin müharibəsində həyatını itirən günahsı insanlar üçün dualar ediblər.
Həmin anları sosial media hesablarından paylaşan cütlük izləyiciləri tərəfindən bəyənilib.
Qeyd edək ki, Engin Altan Düzyatan və Neslişah Alkoçlar 2014-cü ildə ailə qurub.
Əfsanə
Manşet.az