İsrail ordusu əsir düşən vətəndaşlarını axtarmaq üçün quru yolla Qəzzaya daxil olub.
Manset.az News24.az-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin sözçüsü Daniel Hagari bildirib.
"Girovlar azad etmək üçün məhdud quru əməliyyatına başlanıldı" - deyə o, elan edib.
Qeyd edək ki, 222 girovun HƏMAS-ın əlində olduğu bildirilir.