Pakistan məhkəməsi rəsmi olaraq keçmiş baş nazir İmran Xanı və keçmiş xarici işlər naziri Şah Mahmud Qureyşi Dövlət Sirləri Aktını pozmaqda ittiham edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Qureşi və Xanın mühakimə olunduğu işin məhkəməsi onların saxlandıqları Ravalpindidəki Adiala həbsxanasında keçirilib.
Xüsusi Məhkəmənin hakimi Əbul Həsnət Zülqərneynin başçılığı ilə keçirilən məhkəmə işində keçmiş baş nazir Xan və keçmiş xarici işlər naziri Qureyş ittihamları qəbul etməyib.
Məhkəmə növbəti iclası oktyabrın 27-nə təxirə salıb.
Qeyd edək ki, Xanın mühakimə olunduğu korrupsiya işi çərçivəsində verilən 3 illik həbs cəzası avqustun 29-da təxirə salınıb və keçmiş baş nazirin girov müqabilində sərbəst buraxılmasına qərar verilib. Lakin avqustun 30-da hakim Əbul Həsnət Zülqərneyn prokurorluğun tələbi ilə “dövlət sirrini açmaqda” ittiham olunan Xanın həbs müddətini uzadıb.
Əfsanə
Manşet.az