Fevral ayında “Ən yaşlı it” adı ilə Ginnesin Rekordlar Kitabına düşən Bobi daxili xəstəliklər səbəbiylə dünən 31 yaşında dünyasını dəyişib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Portuqaliyanın Leiria bölgəsindəki Conqueiros kəndində gözətçi iti olan Bobinin sahibi Leonal Kosta yerli mətbuata açıqlamasında itinin bir neçə gün əvvəl xəstəxanaya yerləşdirildiyini bildirib.
Keçən mayın 11-də 31 yaşı tamam olan Bobinin uzun ömür sürməsinin səbəblərini elm adamları araşdırırdı.
Kosta, itinin meşəlik ərazidə azad həyat sürdüyünü bildirib.
Əfsanə
Manşet.az