“Böyrək çatışmazlığından əziyyət çəkən mindən çox xəstə ölümlə üz-üzədir” - Qəzza Səhiyyə Nazirliyi

17:14 - 23 Oktyabr 2023

“Böyrək çatışmazlığından əziyyət çəkən mindən çox xəstə ölümlə üz-üzədir” - Qəzza Səhiyyə Nazirliyi

Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra tezliklə xəstəxanalara yanacaq verilməsə, 38-i uşaq olmaqla 1100 böyrək çatışmazlığı xəstəsinin həyatının təhlükə altında qalacağını bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə,

Kudra xəstəxanalara və təcili yardım maşınlarına yanacaq verilməsini, Misirdən Rəfah Sərhəd Qapısını açmasını, yardımların daxil olmasını və yaralıların çıxışını təmin etməsini istəyib.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Qəzza zolağında 3 günlük yanacağın qaldığını, xəstəxana və çörəkxanaların yanacaqsız fəaliyyət göstərə bilməyəcəyini açıqlayıb. Kudra açıqlamasında həmçinin qeyd edib ki, tibb qrupları ölü və yaralıların cəsədlərində ciddi yanıqlara səbəb olan "istifadə edilən qeyri-adi silahlar" aşkarlayıb.

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az