Suriyada ABŞ əsgərlərinə pilotsuz təyyarə ilə hücum edilib.
Manset.az xəbər verir ki, Reuters-ə danışan Vaşinqton rəsmiləri “Yaxın Şərqdə ABŞ əsgərlərinə qarşı son hücumun Suriyada baş verdiyini” bildiriblər.
Heç kəsin xəsarət almadığını bildirən səlahiyyətlilər, terror təşkilatı İŞİD-ə qarşı ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın istifadə etdiyi Suriya-İordaniya-İraq sərhəd üçbucağında yerləşən Əl-Tanf bazasına hücumun pilotsuz təyyarə ilə edildiyini açıqlayıb. .
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Patrick Ryder verdiyi açıqlamada "Hücumlar üçün İranın əmr verdiyinə dair heç bir işarə görmədiklərini" deyib. Bununla belə, Rayder bildirib ki, ABŞ regiondakı yaraqlıları dəstəklədiyi üçün hücumlarda İranı günahlandırır.
Qeyd edək ki, Oktyabrın 20-də də eyni bazaya hücum həyata keçirilib.
Jalə
Manşet.az