"3+3" toplantısında Qəzza da müzakirə edildi

23:21 - 23 Oktyabr 2023

\"3+3\" toplantısında Qəzza da müzakirə edildi

Tehranda keçirilən Cənubi Qafqaz üzrə 3+3 formatında toplantının iştirakçıları Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər.

 

Manseet.az xəbər verir ki, bu barədə İranın dövlət informasiya agentliyi məlumat yayıb.

Bildirilir ki, Azərbaycan, Ermənistan, İran, Rusiya Federasiyası və Türkiyə xarici işlər nazirləri Qəzza zolağındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, İsrail və HƏMAS arasında müharibə oktyabrın 7-də başlayıb. İsrail tərəfində 1,4 min, Qəzza zolağında isə 4 mindən çox insan həlak olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az