Türkiyədə avtobus aşdı - 30-dan çox yaralı var

08:42 - 24 Oktyabr 2023

Türkiyədə avtobus aşdı - 30-dan çox yaralı var

Türkiyənin Muş – Bursa marşrutu üzrə hərəkət edən sərnişin avtobusu Gürün – Pınarbaşı magistralının 70-ci kilometrliyində yolun qarşı zolağına keçərək aşıb.

Manset.az  xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, hadisədə 38 nəfər yaralanıb. Hadisə yerinə gələn xilasedicilər avtobusun pəncərələrini qıraraq sıxılıb qalan sərnişinləri qurtarıblar.

Yaralılar Kayseridəki xəstəxanalara qaldırılıblar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az