Bu ölkədə 6,2 maqnitudada zəlzələ oldu

08:52 - 24 Oktyabr 2023

Bu ölkədə 6,2 maqnitudada zəlzələ oldu

Çin Respublikası – Tayvanın şərq sahilində 6,2 maqnitudada zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Hava İdarəsi bildiriş yayıb.

Qeyd olunub ki, təbiət hadisəsi yerli vaxtla saat 07:05-də (Bakı vaxtı ilə 03:05) qeydə alınıb və bütün ölkəboyu hiss olunub.

İdarənin verilənlərinə əsasən, zəlzələnin episentri dənizdə – Hualyan dairəsindən 120,2 km şərqdə olub. Bildirilib ki, yeraltı təkanların ocağı 5,7 km dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az