Məşhur model xərçəngdən vəfat etdi

15:00 - 24 Oktyabr 2023

Məşhur model xərçəngdən vəfat etdi

Kolumbiyalı aktrisa və model Alejandra Villafane 34 yaşında xərçəng xəstəliyindən vəfat edib.

 

Manset.az azxeber.com-a istinadən xəbər verir ki,  may ayında xərçəng diaqnozu qoyulan aktrisa aylarla davam edən müalicəsini sosial şəbəkədə paylaşıb. O, bu paylaşımı ilə digər xərçəng xəstələrinə mənəvi ruh verməyə çalışarkən yaşadığı çətinlikləri də izləyicilərinə çatdırıb.

İyul ayında xərçəng olduğunu öyrəndikdən sonra ardıcıl əməliyyatlar keçirən Villafane daha sonra kimyaterapiya almağa başlayıb.

Çətin dönəmdən keçən aktrisanı sevgilisi Raul OCampo bir an belə tək qoymayıb. Aldığı müalicələrə baxmayaraq modelin həyatını xilas etmək olmayıb və o, 34 yaşında vəfat edib.

Qeyd edək ki, Alejandra Villafane 1989-cu ildə Boqotada anadan olub. Kolumbiya əyləncə sənayesinin önəmli simalarından biri olan Villafane 2014-cü ildə "Miss Earth Colombia" seçilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az