Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, İsrail-Fələstin münaqişəsi ilə bağlı tezliklə atəşkəs əldə olunmalı və fələstinlilər üçün müstəqil dövlət qurulmalıdır.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Peskov Həmas-ın bütün girovları təcili olaraq azad etməli olduğunu qeyd edib.
Həmçinin, Peskov, HƏMAS-ın əlində olan Rusiya vətəndaşlarının azad edilməsi ilə bağlı “münaqişədə iştirak edən bütün tərəflərlə” əlaqə saxlamaq üçün bütün imkanlardan istifadə etdiklərini və bu səylərin davam etdiriləcəyini vurğulayıb.
Kremlin sözçüsü Rusiya vətəndaşlarının necə və nə vaxt sərbəst buraxılacağına dair hələ dəqiq məlumatı olmadığını ifadə edib.
Peskov HƏMAS-ın nə qədər rus girovu olması ilə bağlı suala belə cavab verib:
“Burada təxmini hesablamalar vermək düzgün deyil, dəqiq rəqəm deyə bilmərəm. Onların sağ-salamat geri dönmələrini bütün qəlbimizlə ümid edirik. Əlbəttə, biz ilk növbədə vətəndaşlarımızla bağlı narahatıq. Təbii ki, Həmas-ı bütün girovların azad edilməsini təmin etməyə çağırırıq".
Əfsanə
Manşet.az