İsrail ordusu sərhədin Livan tərəfindəki "obyekt"ə hava zərbəsi endirdiyini bildirib.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail Ordusundan verilən məlumata görə, sərhədin Livan tərəfində, İsrailin Har Dov bölgəsi yaxınlığında "silahlı bir obyektin " olduğu müəyyən edilib.
Sözügedən kameranın SİHA ilə vurulduğu bildirilib.
İsrail ordusunun açıqlamasında, həmçinin Livan ərazisindən başqa bir bölgədə İsrail tərəfinə tank əleyhinə raket atıldığı və hücumda xəsarət alan olmadığı bildirilib.
Açıqlamada tank əleyhinə raketin atıldığı nöqtənin artilleriya atəşi ilə vurulduğu bildirilib.
Qeyd edək ki, İsrail ordusu ilə Hizbullah arasında 8 oktyabrdan bəri İsrail-Livan sərhədində baş verən qarşıdurmalarda 31 Hizbullah, 6 İslami Cihad Hərəkatı, 3 Həmas, 2 Hizbullahın dəstəklədiyi Sünni Müqavimət Briqadasının üzvü öldürülüb. Biri jurnalist olmaqla 4 mülki şəxs həyatını itirib.
Həmçinin Livanın həyata keçirdiyi hücumlarda 3 İsrail əsgəri və bir İsrail vətəndaşı həyatını itirib.
Jalə
Manşet.az