“Bayer”dən “Qarabağ”ın qapıçısı ilə bağlı paylaşım - FOTO

19:13 - 24 Oktyabr 2023

“Bayer”dən “Qarabağ”ın qapıçısı ilə bağlı paylaşım - FOTO

UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Qarabağ”ı qəbul edəcək Almaniyanın “Bayer” klubu maraqlı paylaşımı ilə diqqət çəkib.

 

Manset.az xəbər verir ki, Leverkuzen təmsilçisinin İnstaqram səhifəsi "Qarabağ"da çıxış edən sabiq qapıçıları Andrey Lunyovun fotosunu paylaşaraq “Tezliklə görüşərik” başlığını yazıb.

Rusiyalı qolkiper 2021-2023-cü illərdə "Bayer"in üzvü olub.

Xatırladaq ki, oktyabrın 26-da keçiriləcək “Bayer” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az