Livan-İsrail sərhədindəki atışmada 5 Hizbullah mənsubu ölüb.
Manset.az BAKU.WS-i istinadən xəbər verir ki, Hizbullah cənub sərhədindəki insidentlə bağlı yazılı açıqlama yayıb. Açıqlamada atışmanın detalları haqqında məlumat verilməyib.
Bununla da 8 oktyabrdan bu yana Livan-İsrail sərhədində yaşanan atışmalarda ölən Hizbullah mənsublarının sayı 39-a yüksəlmiş olub.