Çinin xarici işlər naziri sabah ABŞ-a səfər edəcək

17:33 - 25 Oktyabr 2023

Çinin xarici işlər naziri sabah ABŞ-a səfər edəcək

Çinin xarici işlər naziri Vanq Yi sabah ABŞ-a səfər edəcək.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Vanq Yi-nin şənbə günü başa çatacaq səfəri çərçivəsində amerikalı həmkarı Antoni Blinken və milli təhlükəsizlik müşaviri Ceyk Sullivan ilə görüşəcəyi gözlənilir.

Qeyd edək ki, son aylarda Çin və ABŞ arasında yüksək səviyyəli təmasların sayı artıb.

Çin prezidenti Si Cinpinin noyabrda San-Fransiskoda keçiriləcək Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Sammitində iştirak edəcəyi və ABŞ prezidenti Co Bayden ilə görüşəcəyi gözlənilir.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az