Ərdoğan Qazaxıstana GEDİR

18:01 - 25 Oktyabr 2023

Ərdoğan Qazaxıstana GEDİR

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstana səfər edəcək.

 

Manset.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Respublika Günü münasibətilə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə göndərdiyi teleqramda yazıb.

Ərdoğan Türk Dövlətləri Təşkilatının Qazaxıstanın paytaxtında keçiriləcək 10-cu sammitinə qatılacağını təsdiqləyib. O, noyabrın 3-də Astanada olacaq.

O, qazaxıstanlı həmkarını əlamətdar günlə əlaqədar olaraq təbrik edib.

Qeyd edək ki, 25 oktyabr 1990-cı ildə Qazaxıstan SSRİ tərkibində suverenliyini elan edib. Bu gün ölkədə Respublika Günü kimi qeyd olunur. Müstəqillik Günü isə Qazaxıstanın SSRİ tərkibindən çıxdığı 16 dekabr 1991-ci il tarixinin ildönümü günlərində keçirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az