Türkiyənin Helsinki səfirliyinə hücum oldu

19:00 - 25 Oktyabr 2023

Türkiyənin Helsinki səfirliyinə hücum oldu

Türkiyənin Helsinkidəki səfirliyinin girişinə boya və tüstü bombaları ilə hücum edilib.

 

Manset.az TRT Haber-ə istinadən xəbər verir ki, Helsinki Polisinin X sosial media hesabında edilən paylaşımda səfirlikdə görünən tüstüdən sonra polis və xilasetmə qruplarının hadisə yerinə gəldiyi paylaşılıb.

Faktla bağlı araşdırmalara başlanılıb

Səfirlikdəki mənbələrdən əldə edilən məlumata görə, maskalı şəxslər kirayə götürdükləri velosipedlərləə boya və tüstü bombaları ilə hücum edib.

Qısa müddətdə hadisə yerinə polis və xilasetmə qrupları gəlib, hücumla bağlı araşdırma başlayıb.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az