“Bakı və İrəvan arasında sülh müqaviləsi bir neçə ay ərzində imzalana bilər”.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Tbilisidə “İpək yolu” beynəlxalq forumunda çıxışı zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, hazırda sənəd üzərində fəal iş aparılır.