İkardinin həyat yoldaşı etiraf etdi: “iPhone 15 çıxan kimi …”

15:25 - 26 Oktyabr 2023

İkardinin həyat yoldaşı etiraf etdi: “iPhone 15 çıxan kimi …”

"Qalatasaray"ın ulduzu Mauro İkardinin həyat yoldaşı Vanda Nara Argentina mətbuatına maraqlı açıqlamalar verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Nara futbolçunun uşaqlığının çətin keçdiyini deyib.

Naranın İkardinin uşaq vaxtı olanda pulunun olmadığını, yemək üçün ovla məşğul olduqlarını söyləyib:

"Mauro çox təvazökar bir ailədəndir. O, həmişə mənə deyirdi ki, uşaq olanda pulu yox idi və yemək üçün ov edirdilər. Buna görə də uşaqları üçün əlindən gələni edir. Məsələn, onların hər birinə bir dənə aldı. Onunla çox yaxşı münasibətimiz var. Mən onu 12 ildir tanıyıram. Bu, çox uzun müddətdir və indiki vaxtda saxlanılması çətin bir münasibətdir. O mənim üçün hər zaman prioritet olub. İlk növbədə Mauronun ürəyinə və onun necə yaxşı insan olduğuna baxıram. Bəlkə yaşlandıqca qısqanclığım azalır. Birlikdə olmaq istediyin insan səninlə olmaq istəmirsə heç nə edilə bilməz. Qadınların pis baxışları məni incidir. Bir-birimizə daha empatik baxmalıyıq. Özümü dünyanın ən gözəl qadını kimi hiss etmirəm, amma bilirəm ki, mənim kimi başqa qadın yoxdur. Şəxsiyyət və yaxşı insan olmaq sizi həqiqətən fərqləndirən şeydir”.

Əfsanə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv