ABŞ-da yerləşən FOX News kanalı dünən canlı yayımda işğal altındakı Fələstin torpaqlarında bomba və raket səslərindən ev heyvanlarının qorxu içində olduğunu qeyd edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Trey Yinqst adlı reportyor ev heyvanlarının bomba və raket səslərindən qorxduğunu, Barak Levi Sigel adlı qonaq isə əlində tutduğu iti “dinc it” kimi təsvir edib.
Verilişin aparıcısı "Gördüyünüz işlərə görə təşəkkür edirəm" deyərək sözlərini yekunlaşdırıb.
Canlı yayımdan sonra bir çox sosial media istifadəçisi qərb media qurumlarının fələstinlilərin qanının tökülməsinə necə məhəl qoymamasına reaksiya verib.
İstifadəçilər FOX News kanalını ikiüzlülükdə günahlandırılıb.
Qərb mediası indiyədək 2704-ü uşaq olmaqla 6546 fələstinli mülki şəxsin qətlə yetirilməsi hadisələrini sadəcə izləyib.
Əfsanə
Manşet.az