Əl-Cəzirə televiziyasının müxbiri Vail əd-Dahduhun həyat yoldaşı və iki uşağı İsrailin qaçqın düşərgəsinə hücumu nəticəsində həyatını itirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, jurnalist Dahduhun ailəsinin İsrailin hücumları nəticəsində evlərindən didərgin düşdüyü üçün Nuseyratdakı evə sığındıqları bildirilib.
Əl-Cəzirədən redaktor Muhammed Muavvad X sosial media hesabında İsrail ordusunun Dahduhun evinə hücum etdiyi xəbərini canlı yayımda aldığını bildirib.
Qəzza hökumətinin mətbuat xidməti Dahduhun ailəsi üçün başsağlığı mesajı da dərc edib.
Açıqlamada İsrailin Qəzza xalqı ilə yanaşı jurnalistləri də hədəf aldığı vurğulanıb.
Əfsanə
Manşet.az