Dəbdəbəli həyatı ilə sosial mediada gündəm olan Dilan Polat və Engin Polat cütlüyünün 15 şirkətində axtarış aparılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bütün var-dövləti müsadirə edilən, səyahət qadağası qoyulan cütlüyün vəkili polisin yüzlərlə əməkdaşın telefonlarını müsadirə etmək cəhdlərinə üsyan edib.
Cütlüyün vəkili Vahit Kaya mətbuata açıqlama verib.
“Yüzlərlə işçinin telefonunu müsadirə etməyə çalışırlar. Yüzlərlə işçinin telefonunu müsadirə etmək olmaz. Yəni, dünyanın hər yerində işləmişəm. Mən o ölkələrdə belə bir praktika görməmişəm.Yüzlərlə işçinin telefonunu əlindən almaq olmaz. İçəridə gərginlik... Mən belə bir sistem görməmişəm. Yüzlərlə insan evə gedəcək, telefonları yoxdur. Hazırda nə anaları, nə də ataları ilə danışa bilmirlər”.
Əfsanə
Manşet.az