Slovakiya Ukraynaya hərbi yardımı dayandıracaq.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Slovakiyada yeni qurulan hökumətin baş naziri Robert Fiko açıqlama verib.
Ukraynaya hərbi yardımın dayandırılacağını bildirən Fiko, "Avropa Birliyi silah tədarükçüsündən vasitəçiyə keçməlidir" deyib.
Fiko Qərbin Rusiyaya qarşı sanksiyalarına qarşı çıxıb və Slovakiyaya təsirini görməsə, Moskvaya qarşı heç bir sanksiyalara səs verməyəcəyini bildirib.
Rusiya-Ukrayna müharibəsi ilə bağlı Fiko vurğulayıb ki, “onların 10 il həll olunmamış münaqişə ilə məşğul olmaqdansa, 10 illik sülh danışıqlarında iştirak etməsi daha yaxşı olardı”.
Jalə
Manşet.az