"Beşiktaş"ın "Bodo/Glimt"ə 3-1 hesabı ilə uduzduğu matçdan sonra azarkeşlər komandanın qaldığı otelin qarşısına yığışıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, baş məşqçi Burak Yılmaz otelin qarşısına gələn azarkeşləri sakitləşdirib.
Yılmaz futbolçulara reaksiya göstərən məyus azarkeşlər qarşısında çıxış edərək "Siz heç nə deməmişdən əvvəl deyim, haqlısınız. Yaxşı?, düz deyirsiz. Ayağınıza sağlıq, Allah razı olsun. Uşaqlar 6 saat yol gedəcək, onlar getsin. Nə desəniz haqlısınız. Sizdən sakit olmağınızı xahiş edirəm. İnşallah, yaxşılaşacağıq”, deyib.
Digər tərəfdən, matçda "Beşiktaş"lı azarkeşlər "Rəhbərliyin istefası" şüarlarını səsləndiriblər.
Əfsanə
Manşet.az