Fələstin əsilli məşhur model Bella Hadid sosial şəbəkədə ölümlə hədələndiyi ilə bağlı paylaşım edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Bella Hadid hər gün ölüm təhdidləri aldığını, telefon nömrəsinin sızdırıldığını və ailəsinin təhlükə altında olduğunu bildirib.
Hadid Qəzzaya təcili olaraq humanitar yardımların çatdırılması lazım olduğunu deyib:
“Mən daha səssiz qalmayacağam. Qorxu seçim deyil. Fələstindəki insanlar və uşaqlar, xüsusən də Qəzzada olanlar bizim səssizliyimizə dözə bilməzlər. Onlar çox cəsurdur, biz yox. Hər yerdə istənilən mülki şəxsə qarşı terror hücumlarını qınayıram. Siyasi liderlərə insanlığı qorumaq üçün birləşmək yönündə təzyiq edilməlidir. Qəzzəyə edilən hücumlarda həyatını itirən uşaqlar və ailə üzvləri üçün yas tuturam. Bölgənin tarixini bir kənara qoyaraq, dinc əhaliyə qarşı hər hansı terror aktını pisləyirəm. Heç bir uşaq və ya insan öz ailəsindən uzaqlaşdırılmaz. Bu həm İsrail, həm də Fələstin xalqı üçün keçərlidir. Fələstinli olmağın nə qədər çətin olduğunu anlamaq çox vacibdir, dünya bizi sülh istəməyən terrorçular kimi görür".
Əfsanə
Manşet.az