Rusiya Ermənistanı bu yolla diz çökdürə bilər

16:39 - 27 Oktyabr 2023

Rusiya Ermənistanı bu yolla diz çökdürə bilər

Rusiyanın Ermənistana satdığı qazın qiyməti iki ölkə arasındakı siyasi münasibətlərdən asılıdır.
 

Manset.az Modern.az-a istinadən xəbər verir ki, bunu energetika üzrə ekspert Armen Manvelyan deyib.

Onun sözlərinə görə, əgər münasibətlər yaxşıdırsa, o zaman Rusiya qazı Belarus və Ermənistan kimi ölkələrə ucuz satır. Münasibətlər pisləşərsə, Rusiya bu kartdan istifadə etməklə Ermənistanı çətin vəziyyətə sala bilər:

“Rusiya qazı Belarusa 120 dollara, Ermənistana isə 175 dollara satır. Rusiya Federasiyası digər ölkələrə qazı kifayət qədər baha qiymətə satır. İndi Rusiya Federasiyası ilə münasibətlərimiz dəyişərsə və pisləşərsə, təbii ki, bu, qazın qiymətinin artmasına səbəb olacaq. Həm də təkcə qaza görə yox, məsələn, AES-in istismarı üçün Ermənistan Rusiyadan zənginləşdirilmiş uran idxal edir. Bu baxımdan rusların dünya bazarında özünəməxsus üstünlüyü var, çünki birincisi, bazar qiymətlərindən xeyli ucuz satırlar. İkincisi, ərazisində 99 atom elektrik stansiyası olan ABŞ hətta Rusiya ilə faktiki müharibədə olsa belə, uranının 50 faizini Rusiyadan alır”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az