ABŞ-ın keçmiş dövlət katibi İran XİN başçısının Nyu-Yorka səfərini tənqid edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Mayk Pompeo sosial media "X" hesabında Hüseyn Əmir Abdullahiyanın Nyu Yorka səfərinə münasibət bildirib.
Mayk Pompeo Tramp hökumətinin İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifə viza verməkdən imtina etməsinə toxunaraq yazıb:
"Əmir Abdullahiyanın əlləri qana bulaşıb və o, ölkəmizdə dəbdəbəli şəraitdə qarşılandığı bir vaxtda, onun təmsil etdiyi rejim amerikalıları girov götürüb”.
Əfsanə
Manşet.az