“Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında danışıqlarda öz vasitəçilik səylərini davam etdirəcək”.
Manset.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Aİ sammitinin yekunlarına dair mətbuat konfransında çıxışı zamanı deyib.
Məlumata görə, sözügedən sammitdə avropalı liderlər Cənubi Qafqazdakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar: Biz Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdik. Azərbaycan və Ermənistan arasında ölkələrin ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınması əsasında münasibətlərin normallaşmasına nail olmaq üçün Aİ-nin vasitəçilik səylərini təşviq etmək niyyətindəyik”.