Qazaxıstanda şaxtada ağır qəza olub.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, nəticədə 16 nəfər ölüb, 18 nəfər isə yaralanıb.
Bildirilib ki, hadisə Karaqanda vilayətindəki şaxtada qeydə alınıb.
Partlayışa ilkin səbəb kimi metan qazının partlaması göstərilib.
Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Qeyd edək ki, qəza zamanı şaxtada 252 nəfər olub, onlardan 205-si səthə çıxarılıb.