Çin İsraili xəritədən sildi - “İsrail kimi yer yoxdur”

14:07 - 31 Oktyabr 2023

Çin İsraili xəritədən sildi - “İsrail kimi yer yoxdur”

Çinin texnologiya nəhəngləri Baidu və Alibaba artıq xəritələrində İsrail adını göstərmirlər.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə “The Wall Street Journal”ı yazıb.

Qəzet bildirib ki, onlayn xəritələr İsrailin sərhədlərini və şəhərlərini göstərir, lakin digər qonşu ölkələrdən fərqli olaraq, ölkənin adı verilmir.

Sosial media istifadəçiləri “The Wall Street Journal”ın iddiasını təsdiqləyən xəritələri paylaşıblar.

Oxşar vəziyyət xəritəyə mobil telefon vasitəsilə daxil olarkən də müşahidə olunub. Məsələ ilə bağlı şirkətlərdən heç bir açıqlama verilməyib.

Qeyd edək ki, Çin İsrail və Fələstin dövlətlərini rəsmi olaraq tanıyır. Pekin Fələstin problemində iki dövlətli həllin tərəfdarıdır və Fələstin dövlətinin tanınmasına çağırır. Çin İsrailin Qəzzaya hücumlarına qarşı atəşkəsə çağırır.

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az