İraq xarici bazalara hücumları rədd etdi

15:51 - 31 Oktyabr 2023

İraq xarici bazalara hücumları rədd etdi

İraq hökuməti ölkədə xarici dövlətlərin müşavirlərinin qaldığı bazaların hədəf alınmasını inkar edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə İraqın baş naziri Məhəmməd Şia əl-Sudaninin hərbi sözçüsü Yəhya Rəsul İraqdakı hərbi bazaların hədəfə alınması ilə bağlı yazılı açıqlama verib.

Resul sözügedən bazalara hücum edən ünsürlərin baş nazir Sudaninin göstərişi istiqamətində təqib ediləcəyini və ölkədəki sabitliyin hədəfə alınmasına icazə verilməyəcəyini qeyd edib.

İraqda İranın dəstəklədiyi şiə Bədr Təşkilatının lideri Hadi əl-Amiri dünən hökumətdən ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin ölkədən çıxarılması üçün ciddi və qısamüddətli vaxt cədvəli təyin etməyi istəmişdi.         

Əfsanə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv