Çilidə güclü zəlzələ oldu

18:36 - 31 Oktyabr 2023

Çilidə güclü zəlzələ oldu

Cənubi Amerika ölkəsi Çilinin Atakama bölgəsi sahillərində 6,7 bal gücündə zəlzələ baş verib.

 

Manset.az xəbər verir ki, bu haqda ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Zəlzələnin episentrinin ölkənin Atakama bölgəsindəki Vallenar şəhərindən 81 kilometr cənub-qərbdə olduğu açıqlanıb.

İlkin məlumata görə, 41 kilometr dərinlikdə baş verən zəlzələdə can və mal itkisi olmayıb.

Qeyd edək ki, dünyanın ən çox seysmik hərəkətlərə malik ölkələrindən biri olan Çili “Alov halqası” kimi tanınan Sakit Okean Seysmik Zonasında yerləşir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az