BMT 4 övladını və 3 bacısını itirən AA operatoruna başsağlığı verdi

18:35 - 07 Noyabr 2023

BMT 4 övladını və 3 bacısını itirən AA operatoruna başsağlığı verdi

Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisinin sözçüsü Alessandra Vellucci, İsrailin noyabrın 5-də Qəzzanın mərkəzindəki Əl-Meqazi Qaçqınlar Düşərgəsinə  Anadolu Agentliyinin (AA) operatoru Məhəmməd əl-Alula  başsağlığı verib.

 

Bu barədə Manset.az TRT Haber-ə istinadən xəbər verir.

AA-nın operatoru Əl-Alulun hava hücumları nəticəsində 4 övladı və 3 bacısını itirdiyi xəbərini gördüklərini ifadə edən Vellucci, "Bunun üçün çox üzülürük, həmkarınıza və ailəsinə başsağlığı veririk" deyib.

Vellucci bildirib ki, əl-Alul Qəzzada qohumlarını itirən ilk jurnalist olmadığı üçün təəssüflənir.

Fələstin-İsrail münaqişəsində əllərindən gələni etməyə çalışdıqlarını qeyd edən Vellucci xatırladıb ki, dünən BMT-nin baş katibi Antonio Quterreş çox yüksək səslə mülki əhalinin, xəstəxanaların, BMT obyektlərinin, sığınacaqlarının və məktəblərin müdafiəsi çağırışını təkrarlayıb.

Jalə

Manşet.az

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az