HƏMAS İsraillə danışıqları dayandırdı

20:36 - 12 Noyabr 2023

HƏMAS İsraillə danışıqları dayandırdı

HƏMAS Qəzzanın şimalında yerləşən "Əl Şəfa" xəstəxanasının atəşə tutulmasını əsas gətirərək İsraillə girovların azad edilməsi üçün danışıqların dayandırıldığını açıqlayıb.

 

Manset.az  xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Xəstəxana bu gecə, noyabrın 12-də intensiv atəşə məruz qalıb. İsrail Müdafiə Qüvvələri HƏMAS-ı xəstəxanadan komanda mərkəzi kimi istifadə etməkdə ittiham edir. HƏMAS ittihamları rədd edir.

İsrsil ordusu xəstəxanaya hücumları rədd edərək, şərq hissəsinin nəqliyyat üçün açıq olduğunu bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az