İsrail Baş Qərargah rəisi Mahmud Abbas administrasiyasını təriflədi

10:43 - 13 Noyabr 2023

İsrail Baş Qərargah rəisi Mahmud Abbas administrasiyasını təriflədi

İsrail Baş Qərargah rəisi Herzi Halevi Fələstin Administrasiyasının son həftələrdə HƏMAS-a dəstək nümayişlərinin və onun İsrail vətəndaşlarına qarşı son hücumlarının qarşısını almaq üçün intensiv iş apardığı deyib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Halevi bunu Tel-Əvivdə İsrail rəsmilərinin iştirak etdiyi toplantıda ifrat sağçı koalisiya hökumətinin deputatları Zvi Sukkot və Limor Son Har-Melechin çıxışlarına cavab olaraq qeyd edib. 

İfrat sağçı millət vəkili Sukkot fələstinlilərin zeytun məhsul yığımı prosesi zamanı yəhudi məskənləri üçün təhlükə yaratdığını və İsrail ordusundan mümkün hücumlar üçün kəşfiyyat məlumatı topladığını iddia edib.

Halevi isə fələstinlilərin "bütün məhsul yığım prosesinin hərbi nəzarət altında aparıldığını" və zeytun bağlarında məhsul yığmağa gələn fələstinlilərin yəhudi məskunlaşmaları üçün təhlükə olmadığını bildirib.

Har-Melech isə Halevinin ABŞ rəhbərliyinin də İordan çayının qərb sahilində əmin-amanlıq olmasını və Fələstin rəhbərliyinə zərər verməməsini istədiyini ifadə edən açıqlamasına reaksiya olaraq vurğulayıb ki, “Kim olduğumuzu unutmuşuq və çox vaxt yəhudi olmayanlar nə deyəcək deyə düşünürük".

Əfsanə

Manşet.az

 

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az